YapiKredi Müraciət Forması
İnfrastruktur

Gənclik, Nərimanov və Koroğlu ətrafında dəyişiklik olacaq — Rəsmi

Gənclik, Nərimanov və Koroğlu ətrafında dəyişiklik olacaq — Rəsmi

Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında tıxacların aradan qaldırılması üçün yeni avtomobil yolunun inşası sürətlə aparılır. Layihə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, 3,9 kilometr uzunluğunda olan bu marşrut paytaxtın əsas nəqliyyat arteriyalarını bir-birinə bağlayacaq. Yol Heydər Əliyev və Ziya Bünyadov prospektlərində avtomobil sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq.

Tikinti çərçivəsində 5 yol qovşağı, 4 tunel və 3 yeraltı piyada keçidi inşa olunur. Hazırda ümumi işlərin 62,8 faizi tamamlanıb. Tunellər üzrə göstərici 66 faizi, piyada keçidlərində isə 82 faizi keçib. Kommunikasiya xətlərinin köçürülməsi də paralel olaraq davam etdirilir.

Layihə Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində reallaşdırılır.

Beləliklə yeni alternativ yol paytaxtın ən problemli ərazilərində sürücülərin rahat hərəkətini təmin edəcək.

Bəxtiyar Umarlı
Managing Editor