YapiKredi Müraciət Forması
Özəl Təhsil

Diplomda təhsil forması işə necə təsir edir?

Diplomda təhsil forması işə necə təsir edir?

Ali təhsil almaq istəyənlərin qarşısında duran əsas seçimlərdən biri əyani və qiyabi təhsil formasıdır.

Bəs bu iki təhsil forması tələbələrin bilik səviyyəsinə, diplomun əmək bazarındakı dəyərinə və iş tapmaq imkanlarına necə təsir edir? İşəgötürənlər qiyabi və əyani təhsil alan məzunlara eyni yanaşırlar, yoxsa işə qəbul zamanı təhsil formasına da xüsusi önəm verilir?

Demokrat.az-a bu barədə açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, qiyabi təhsil işləyən, lakin ali təhsilini davam etdirmək və gələcəkdə karyerasında irəliləmək istəyən şəxslər üçün mühüm imkanlardan biridir.

Diplomda təhsil forması işə necə təsir edir?

Onun sözlərinə görə, bu təhsil forması insanlara işdən ayrılmadan diplom almaq imkanı yaradır:

"Onun gələcək taleyi ilə bağlı mümkün dəyişikliklər isə cəmiyyətdə müzakirələrə səbəb ola bilər. Təhsil sahəsində müzakirə olunan məsələlərdən biri də qiyabi təhsilin ləğvi ehtimalıdır. Belə bir qərarın qəbul edilməsi xüsusilə işləyən və təhsilini davam etdirmək istəyən şəxslərin seçimlərinə təsir göstərə bilər. Buna görə də məsələ ilə bağlı qərar verilərkən müxtəlif tərəflərin mövqeyinin öyrənilməsi və ictimai rəyin nəzərə alınması vacib hesab olunur. Digər tərəfdən, distant təhsilin tətbiqi də aktuallığını qoruyur. Xüsusilə müəllim çatışmazlığı yaşanan ucqar ərazilərdə onlayn dərslərin təşkili bu problemin həlli yollarından biri kimi nəzərdən keçirilir. Belə yanaşma azsaylı şagirdi olan məktəblərdə müxtəlif fənlər üzrə tədrisin təşkilinə kömək edə bilər. Bu üsul tələbələrin təhsilə çıxışını asanlaşdırmaqla yanaşı, universitetlərdə və şəhər nəqliyyatında sıxlığın azaldılmasına da töhfə verə bilər.

Bununla belə, distant təhsilin bütün ixtisaslar üzrə eyni dərəcədə tətbiqi mümkün görünmür. Tibb, mühəndislik və digər praktiki hazırlıq tələb edən sahələrdə əyani məşğələlərin əhəmiyyəti xüsusi olaraq nəzərə alınmalıdır".