"Napoleon" tortunu hazırlamaq üçün mütləq xəmir yoğurub korj bişirmək lazım deyil. Adi peçenye və qatı kremdən istifadə etməklə də dadlı desert hazırlamaq mümkündür. Üstəlik, bu üsul həm vaxta qənaət edir, həm də mürəkkəb bişirmə prosesi tələb etmir.
Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri yazıb.
Reseptin əsas sirri süd, vanilli pudinq və kərə yağı ilə hazırlanan kremdir. Soyudulduqdan sonra formasını yaxşı saxlayan bu krem torta zərif dad və yumşaq tekstura verir.
Tortun hazırlanması üçün lazım olan ərzaqlar:
- Təxminən 66 ədəd adi peçenye
- 3 paket şəkərsiz qaymaqlı pudinq tozu (hər biri təxminən 40 qram)
- 1,2 litr süd
- 3 xörək qaşığı un
- 1 paket vanilli şəkər
- 220 qram şəkər
- 200 qram kərə yağı
- Bir çimdik duz
Hazırlanma qaydası
İlk olaraq 24x28 santimetr ölçülü düzbucaqlı qabın dibinə perqament kağızı sərilir və peçenyelər sıx şəkildə düzülür. Peçenyeləri əvvəlcədən südə batırmağa ehtiyac yoxdur, çünki sonradan krem vasitəsilə yumşalacaqlar.
Ayrı qabda 300 mililitr soyuq süd, pudinq tozu və un qarışdırılır. Qalan 900 mililitr süd isə şəkər, vanilli şəkər və duzla birlikdə qızdırılaraq qaynama həddinə çatdırılır. Daha sonra pudinqli qarışıq yavaş-yavaş isti südə əlavə edilir və daim qarışdırılaraq 1-2 dəqiqə bişirilir. Krem qatılaşdıqdan sonra soyumağa qoyulur.
Yumşaldılmış kərə yağı mikserlə çalınır, ardınca soyumuş pudinq qarışığı hissə-hissə əlavə edilərək hamar və qatı krem hazırlanır. Krem peçenyelərin üzərinə bərabər yayılır, daha sonra ikinci peçenye qatı düzülür.
Hazırlanmış tort soyuducuda ən azı bir saat saxlanmalıdır. Lakin daha yaxşı nəticə əldə etmək üçün onu 4-6 saat, hətta bir gecə soyutmaq məsləhətdir. İstəyə görə süfrəyə verməzdən əvvəl üzərinə şəkər kirşanı səpmək olar.
Desertin soyuducuda saxlanılması və 3-4 gün ərzində istehlak edilməsi tövsiyə olunur. Tort ən yaxşı halda yaxşı soyudulduqda, krem öz formasını saxladıqda və peçenyelər yumşaldıqda dad verir.
Jalə


