Türkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası baş tutub. Tədbirdə sığorta sektorunun nümayəndələri iştirak ediblər.
Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası barədə məlumatı "Qala Sığorta"paylaşıb.
Tədbirə "Qala Həyat" Sığorta və "Qala Sığorta"nın nümayəndələri də qatılıblar.
Assambleyada beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal risklərə qarşı dayanıqlılığın artırılması və sığorta bazarının gələcək inkişaf perspektivləri müzakirə olunub.
"Qala Sığorta"nın nümayəndələri Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyasında iştirak etdi — FOTOLAR


