Goranboyda güllələnmə hadisəsi baş verib.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, rayon sakini həmyerlisini güllələyərək qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
1:55
Goranboyda ov tüfəngi ilə qətl törədən şəxs saxlanılıb.
Demokrat.az Apa-ya istinadən xəbər verir ki, Goranboy rayonunun Bağçakürd kəndində 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib.
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O. Həsənov saxlanılıb.
O. Həsənovun əqli qüsurlu olduğu bildirilir.


