Bakının Xətai rayonunda sahibsiz itlərlə bağlı narahatlıq yaranıb.
Demokrat.az bu barədə oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, Gəncə prospekti, 97 ünvanında sahibsiz itlər son dövrlər insanlara hücum edirlər.
Xüsusilə qadınlar və uşaqlar bu vəziyyətdən narahatdırlar. Onlar ərazidə sərbəst dolaşan itlərin insanlara təhlükə yaratdığını və gündəlik hərəkətlərini çətinləşdirdiyini qeyd edirlər.
Məlumata görə, problemlə bağlı aidiyyəti qurumlara müraciətlər edilsə də, indiyədək nəticə əldə olunmayıb.


