Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, Sərəncama əsasən, Elvin Astanov (nüvəitələmə), Ramil Qasımov (paracüdo), Pərvin Məmmədov (parapauerliftinq) və Oloxan Musayev (nüvəitələmə) Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif olunublar.


