Lerikdə tanışını güllələyərək öldürən və meyitini dərəyə atan Elşən Ağayevə hökm oxunub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
İttihama görə, hadisə ötən ilin iyununda baş verib. Elşən Ağayev avtomobildə tanışı Şahin Şərifovun başından odlu silahla atəş açıb, daha sonra meyitini dərəyə atıb. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
Qeyd edək ki, hərbi qulluqçu olan Elşən Ağayev Vətən müharibəsinin iştirakçısı olub və bir sıra medallarla təltif edilib. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilib. (Apa)


