Kriminal

Avtobusları daşlayan yeniyetmələr saxlanıldı — FOTO

Avtobusları daşlayan yeniyetmələr saxlanıldı — FOTO

Bakı-Sumqayıt yolunun Abşeron ərazisindən keçən hissəsində hərəkətdə olan avtobuslara daş atılıb. Təhlükəli əməl nəticəsində nəqliyyat vasitələrinin şüşələri sınıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törədən iki yeniyetmə saxlanılıb. Onlar valideynləri ilə birgə polis idarəsinə gətirilib. Şəxslərin izahatları alınıb. Bu davranışın insan həyatı üçün böyük təhlükə yaratdığı onların diqqətinə çatdırılıb. Valideynlərə övladlarına nəzarəti artırmaları ilə bağlı xəbərdarlıq edilib.

Hazırda faktla bağlı təhqiqat davam edir.

Avtobusları daşlayan yeniyetmələr saxlanıldı — FOTO

Beləliklə, yolda təhlükə yaradan yeniyetmələrin şəxsiyyəti müəyyənləşdirilərək barələrində tədbir görülüb. (qafqazinfo)

Editor
Redaktor