Milli Məclisin növbəti iclasında müzakirə edilən Dövlət Qulluğu Məcəlləsinin yeni layihəsində diqqətçəkən dəyişiklik yer alıb. Yeni sənədə əsasən, dövlət qulluqçularının fəaliyyətlərini davam etdirmələri üçün təkrar imtahan vermələrinə ehtiyac qalmayacaq.
Hazırkı qaydalara görə, işçilər sertifikat müddəti bitdikdə yenidən imtahanda iştirak etməli idilər. Yeni layihə isə fəaliyyətin davam etdirilməsi üçün sertifikat tələbini ləğv edir. İşə qəbul zamanı sertifikat tələbi qalsa da, sonrakı mərhələdə qiymətləndirmə yeni qaydada aparılacaq.
Parlamentdə müzakirə edilən bu qanun layihəsi artıq üçüncü oxunuşda qəbul olunub.
Beləliklə, dövlət qulluqçuları üçün təkrar imtahan vermək öhdəliyi ləğv edilir və fəaliyyətin qiymətləndirilməsi mexanizmi dəyişdirilir.


