Ədliyyə Nazirliyinin regional qeydiyyat şöbələri cari ilin ilk səkkiz ayında respublika üzrə nikah və boşanma statistikasını açıqlayıb. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi göstəricilərə əsasən, ölkədə ailə qurma və ayrılma hallarında azalma müşahid olunur.
Statistik hesabat dövründə 26485 nikah və 13278 boşanma faktı rəsmiləşdirilib. Keçən ilin eyni dövrü ilə müqayisədə demoqrafik dinamikada dəyişiklik qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikah göstəricisi 4,6-dan 3,9-a enib. Eyni zaman kəsiyində boşanma sayı da azalaraq 2,0-dan 1,9-a düşüb.
Yəni ölkədə həm yeni qurulan ailələrin, həm də rəsmi sonlandırılan nikahların nisbi göstəricisi aşağı düşüb.


