Hərbi

Hərbçilərin maaşları artırılacaq

Hərbçilərin maaşları artırılacaq

Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacaq.

Bu, "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihə Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

Yeni qaydaya əsasən, hərbçilərin vəzifə maaşı rütbə maaşı ilə əvəz olunacaq. Rütbə maaşının ümumi əməkhaqqındakı payı 70 faizə çatdırılacaq. Pul təminatına rütbə maaşı, ona uyğun hesablanan əlavələr və sabit məbləğli ödənişlər daxil ediləcək.

Dəyişikliklə dövlət qulluqçularının orta əməkhaqqından aşağı olmayan minimum vəzifə maaşı və döyüş əməliyyatlarında iştirak edən hərbçilərə pul təminatının ikiqat ödənilməsi ilə bağlı müddəalar da ləğv edilir.

Bundan başqa, hərbçilərin qida ilə təmin edilməsi və onların ailələri ilə birlikdə yeni xidmət yerinə köçməsi xərclərinin ödənilməsi qaydaları müəyyənləşdiriləcək.

Editor
Redaktor