Cəmiyyət İqtisadiyyat

Pensiyaların artırılması qaydası dəyişir

Pensiyaların artırılması qaydası dəyişir

Azərbaycanda pensiyaların artırılması qaydası dəyişəcək. Yeni qaydalar 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

Yeni qaydaya əsasən, pensiyası 1176,7 manata qədər olan şəxslərin pensiyası əvvəlki kimi tam faizlə artırılacaq. Bu, pensiyaçıların 90 faizindən çoxuna aiddir.

Pensiyası 1176,7 manatdan çox olan şəxslərin də pensiyası artacaq. Ancaq bu məbləğdən artıq olan hissə əvvəlki kimi deyil, daha aşağı əmsalla hesablanacaq.