Cəmiyyət

Azərbaycanda işsizlik statistikası açıqlandı

Azərbaycanda işsizlik statistikası açıqlandı

Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında oktyabrın 1-i vəziyyətinə qeydiyyata alınan işsiz şəxslərin rəsmi sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara əsasən, ölkə üzrə qeydiyyatda olan işsizlərin sayı 251,2 min nəfərə çatıb.

Açıqlanan rəsmi göstəricilərdə gender bölgüsü də öz əksini tapıb. Qeydiyyata alınan işsiz vətəndaşların 53,5 faizini qadınlar təşkil edib. Eyni zamanda hesabat dövründə işsizlikdən sığorta ödənişinin ortaaylıq məbləği 483,4 manat səviyyəsində müəyyən olunub.

Yəni ölkədə rəsmi qeydiyyata alınan işsizlərin yarısından çoxu qadınlardır və sığorta ödənişi orta hesabla 483 manatı keçir.

Editor
Redaktor