2026-cı il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin əvvəlindən ölkə əhalisi 17 min 445 nəfər və ya 0,2 faiz artıb.
Əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi isə kəndlərdə yaşayır.
Ölkə əhalisinin 50,2 faizini qadınlar, 49,8 faizini isə kişilər təşkil edir.


