Hava

Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

Oktyabrın 17-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, temperaturun bəzi rayonlarda 31 dərəcəyədək yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Temperatur gecə 18-21, gündüz 23-28 dərəcə isti olacaq.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Temperatur gecə 15-18, gündüz 26-31 dərəcə isti olacaq.

Dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 18-23 dərəcə isti gözlənilir.

Editor
Redaktor