Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən cari ilin ilk səkkiz ayında 4300-ə yaxın layihəyə 223 milyon manat güzəştli kredit ayrılıb. Nəticələrin düzgün qiymətləndirilməsi vacibdir.
Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev lll Milli Rəqabət Forumunda deyib.
Nazir müavini bildirib ki, sentyabrda keçirilmiş İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb.
"Bakı Enerji Həftəsində elan edilmiş layihələrlə birlikdə bu məbləğ 16,7 milyard dollara çatır. Bu, qarşıdakı dövr üçün ciddi investisiya potensialıdır. Həmin potensialın iqtisadiyyata faktiki sərmayə kimi daxil olması üçün layihələrin icrasını müşayiət etmək, yaranan məsələləri vaxtında həll etmək lazımdır. Burada strateji investisiya layihələri üçün yaradılmış "Sürətli keçid" mexanizminin əhəmiyyəti də özünü göstərir", - deyə Elnur Əliyev qeyd edib.


