Xarici siyasət

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib - FOTOLAR

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko işgüzar səfər çərçivəsində Xankəndi şəhərində olub.

Bu barədə Demokrat.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonaqları qarşılayan Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov onlara Xankəndi şəhərinin tarixi, burada həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Eyni zamanda, ərazilərdə yaşayış infrastrukturunun bərpası, şəhərin inkişafı və sakinlərin rahat yaşayışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

İqor Sergeyenkonun başçılıq etdiyi heyət Xankəndi şəhərində yerləşən Zəfər parkını da ziyarət edib. Zəfər parkını ziyarətdən sonra Qarabağ Universiteti ilə tanış olan nümayəndə heyətinə, bu ali təhsil müəssisəsinin fəaliyyəti, tədris imkanları və işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib - FOTOLAR
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib - FOTOLAR
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib - FOTOLAR
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib - FOTOLAR
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib - FOTOLAR
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib - FOTOLAR
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib - FOTOLAR
1 / 6

B
Qeyd edilməyib