Dünya

Türkiyə dövləti müxalif telekanala "əl qoydu" - İş adamı Cəfər Mahiroğluna cinayət işi açıldı

Türkiyə dövləti müxalif telekanala əl qoydu - İş adamı Cəfər Mahiroğluna cinayət işi açıldı

İstanbul Baş Prokurorluğu iş adamı Cəfər Mahiroğlu və onunla əlaqədə ittiham olunan şəxslər barəsində rüşvət, tender saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ittihamları üzrə cinayət işi açıb.

Demokrat.az Türkiyə mediasına istinadla xəbər verir ki, aparılan istintaq işi çərçivəsində 17 nəfər şübhəli şəxs barəsində qərar verilib.

Türkiyənin İstanbul şəhərində iş adamı Cəfər Mahiroğlu və onunla əlaqəli şirkətlərə qarşı aparılan istintaq çərçivəsində Halk TV-yə və Cəfər Mahiroğlu ilə əlaqəli digər şirkətlərə Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin edilib.

İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamaya görə, istintaq çərçivəsində 17 nəfər şübhəli şəxs barəsində tutulma qərarı çıxarılıb. Saxlanılan şəxslərin Harika Akkaya, Hasan Özdemir, İbrahim Özdemir, Armağan Küçük, Mustafa Özdemir, Halit Akın, Ali Turan, Mediha Burumoğlu, Murat Koçak, Erkan Yağcı və Süleyman Özen olduğu bildirilir.

Prokurorluğun məlumatına görə, iş adamı Cəfər Mahiroğlu və iş üzrə adı keçən Hakan Arıcan, Mehmet Necati Yağcı və Sevim Kulun xaricdə olduğu üçün barələrində axtarış elan edilib. Həmçinin, Doruk Bulutun başqa bir cinayətə görə həbsdə olduğu, Fatih Yadoğlunun isə hazırda axtarışda olduğu qeyd olunub.

İstintaq materiallarında iş adamı Cəfər Mahiroğlunun İzmir Böyükşəhər Bələdiyyəsindəki əlaqələrindən sui-istifadə edərək "Bustech Araç Bakım Onarım Hizmetleri" adlı anonim şirkət yaratdığı iddia olunur. Həmçinin, Cəfər Mahiroğlu sözügedən şirkət vasitəsilə bələdiyyə tenderlərinə qanunsuz müdaxilələr edərək, külli miqdarda gəlir əldə etməkdə, tender prosesləri ilə əlaqədar 14 milyon 464 min Türkiyə lirəsi məbləğində rüşvət ödənişi etməkdə şübhəli bilinir.

Baş Prokurorluğun açıqlamasında bildirilib ki, istintaq İstanbul Rayon Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilir.


Fuad

Türkiyə dövləti müxalif telekanala "əl qoydu" - İş adamı Cəfər Mahiroğluna cinayət işi açıldı
Türkiyə dövləti müxalif telekanala "əl qoydu" - İş adamı Cəfər Mahiroğluna cinayət işi açıldı
Türkiyə dövləti müxalif telekanala "əl qoydu" - İş adamı Cəfər Mahiroğluna cinayət işi açıldı
1 / 2

B
Qeyd edilməyib