Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İsmail Özdemir Azərbaycan Prezidenti İlham Əliyevə dəstək bəyanatı verib.
Demokrat.az xəbər verir ki, türk millət vəkili Türkiyədə bəzi siyasətçilərin Azərbaycan məktəblərində hicabla bağlı dövlətin qəbul etdiyi qərara hörmətlə yanaşılmamasının və buna qarşı çıxmasının yolverilməz olduğunu bildirib.
İsmail Özdemir deyib ki, Prezident İlham Əliyev cəsur və qüdrətli liderdir.
44 günlük Vətən müharibəsinin əhəmiyyətinə də toxunan MHP sədrinin müavini Prezident İlham Əliyevin Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindəki rolunu yüksək qiymətləndirib.

O, qazanılan bu tarixi qələbədən sonra Qarabağda yenidən azanın səslənməsini xüsusi vurğulayıb:
"Bizim birliyimiz daimidir. Qardaşlıq bağlarımızın zəifləməsi mümkün deyil".
Kənan


