Siyasət

İlham Əliyev: Sovet dövründəki bu ənənəni bərpa etmək lazımdır

İlham Əliyev: Sovet dövründəki bu ənənəni bərpa etmək lazımdır

Azərbaycan və Kamboca müxtəlif sahələrdə birgə istehsalın yaradılması imkanlarını nəzərdən keçirir.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kamboca baş naziri Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.

Prezidentin sözlərinə görə, tərəflər həmçinin turizmin inkişafı və təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

"Biz həmçinin (bu gün Bakıda) müxtəlif sənaye sahələrində birgə istehsalın yaradılması imkanlarını, turizmin inkişafı və təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik. Sovet dövründə Azərbaycanda yüzlərlə kambocalı tələbə təhsil alırdı. Biz hesab edirik ki, bu ənənəni bərpa etmək və hər iki ölkənin vətəndaşlarının bir-birinin ölkəsində təhsil alması üçün imkanlar yaratmaq lazımdır. Bu, həmçinin xalqlarımız arasında birbaşa əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - İlham Əliyev bildirib.