Hadisə

Azərbaycanın daha bir rayonunda zəlzələ baş verdi

Azərbaycanın daha bir rayonunda zəlzələ baş verdi

Bu gün Lənkaran stansiyasından 11 km qərbdə Lerik rayonunda maqnitudası 3,5 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.

Demokrat.az

D
demokrat.az