Samux rayonunda 40 yaşlı kişi bıçaqlanıb.
Hadisə rayonun Kolayr kəndində baş verib.
Kənd sakini, 1986-cı il təvəllüdlü Anar Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qonşusu, 1992-ci il təvəllüdlü Nəsib Qasımov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)


