Siyasət

İlham Əliyev: Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi

İlham Əliyev: Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi

Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Dövlət başçısı xatırladıb ki, yarışlar Azərbaycanın eyni vaxtda yeddi şəhərində keçirilib.

"MDB-yə üzv dövlətlərdən, eləcə də dünyanın digər ölkələrindən gəlmiş minlərlə idmançı və qonaq Azərbaycanda keçirdikləri 11 gün ərzində ölkəmizi və xalqımızı daha yaxından tanıdı. Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından çox-çox kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır", - İlham Əliyev deyib. (report)