Dünya

Qırğızıstanın sabiq prezidentinin oğlu həbs edildi

Qırğızıstanın sabiq prezidentinin oğlu həbs edildi

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu və Sosial Demokrat Partiyasının (SDPK) lideri Kadır Atambayev dörd il müddətinə azadlıqdan məhrum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə əsasən məlumat yayıb.

Bildirilir ki, Kadır Atambayev hakimiyyətin ələ keçirilməsinə hazırlıqda ittiham olunub və həbslə yanaşı, əmlakı da müsadirə edilib.

Partiyanın digər lideri Temirlan Sultanbekov isə hakimiyyəti zorla ələ keçirməyə cəhd işi üzrə təqsirli bilinib və əmlakı müsadirə edilməklə yeddi il müddətinə həbs cəzası alıb.