Dünya

"Şimal Axını" ilə Avropaya qaz nəqli bərpa oluna bilər - ABŞ və Rusiya arasında gizli danışıqlar gedir

Şimal Axını ilə Avropaya qaz nəqli bərpa oluna bilər - ABŞ və Rusiya arasında gizli danışıqlar gedir

Demokrat.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, Kuşner və Dmitriev bu məsələ ilə bağlı danışıqlar aparıblar

ABŞ və Rusiyanın yüksək vəzifəli rəsmiləri, Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Almaniyaya qaz nəql edən "Şimal Axını" qaz kəmərlərində amerikalı investorun iştirakı ilə bağlı müzakirələr aparıblar.

Bu barədə Reuters məsələdən xəbərdar olan beş mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, danışıqlarda Rusiya Prezidenti Vladimir Putinin müşaviri Kirill Dmitriev və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner iştirak ediblər.

Rusiya və Ukrayna arasında atəşkəsə nail olmağa çalışan Kuşner sülhün bərpasında biznesi əsas amil hesab edir; o, belə bir razılaşmanın müharibə bitdikdən sonra Amerika investorlarına Avropaya enerji təchizatından gəlir əldə etmək imkanı yaradacağına inanır.

Son həftələrdə Dmitriyev və Kuşner Moskva və Nyu-Yorkda görüşüblər. İki mənbənin məlumatına görə, onların "Şimal axını" (Nord Stream) məsələsini nə dərəcədə müzakirə etdikləri bəlli deyil, lakin həmin məsələ gündəlikdə qalmaqdadır.

Ağ Evin sözçüsü bildirib ki, Rusiyanın bağlayacağı istənilən saziş DFC (ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası) və Maliyyə Nazirliyi ilə olmalı, həmçinin Amerika vergi ödəyiciləri və şirkətləri üçün fayda kəsb etməlidir; o, həmçinin əlavə edib ki, son vaxtlar "Şimal axını" (Nord Stream) ilə bağlı heç bir müzakirə aparılmayıb.

Agentlik qeyd edib ki, Rusiyanın Almaniyaya qaz satışının bərpasını dəstəkləyən Dmitriyev ötən ay ABŞ və Rusiya arasında potensial enerji təşəbbüslərini müzakirə etmək məqsədilə ABŞ-ın Energetika və Maliyyə nazirliklərinin nümayəndələri ilə görüşüb.

Alparslan