Azərbaycan və Mərkəzi Asiya dövlətləri sənaye məhsullarının bazarlara çıxarılmasının təşviqi barədə razılığa gəliblər.
Bu barədə oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda deyilir.
Sənəddə qeyd olunub ki, dövlət başçıları sənaye məhsullarının iştirakçı dövlətlərin bazarlarına çıxarılması üçün əlverişli şəraitin yaradılması barədə razılığa gəliblər.
Tərəflər əczaçılıq, tibb kadrlarının hazırlanması, rəqəmsal həllərin və teletibb xidmətlərinin tətbiqi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi qərarını veriblər. (report)


