Mədəniyyət

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

Üzeyir Hacıbəyli dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, tarixdə bir çox yeniliklərə imza atmış böyük sənətkardır. Onun şərəfinə 2009-cu ildən etibarən Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festivalda hər zaman dünyaşöhrətli musiqiçilər, dirijorlar və müxtəlif kollektivlər iştirak edir, yaddaqalan, uzun müddət unudulmayan gözəl konsert proqramları təqdim olunur. Festivalın builki proqramı çox zəngin oldu. Festival çərçivəsində bir sıra layihələr həyata keçirilir.

Bunu AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib.

O bildirib ki, gələcəyimiz olan uşaqlara və gənclərə də bu cür layihələrdə xüsusi yer verilir. Onların istedadlarını göstərmələri, yaradıcılıqlarını nümayiş etdirmələri üçün imkanlar yaradılır.

"Festival çərçivəsində regionlarda da müxtəlif tədbirlər təşkil olunub. Mədəni irsimizin təbliği və işıqlandırılması prioritet məsələlərdəndir. Əbədiyyətə qovuşmuş dahi bəstəkar və sənətkarlarımızın unudulmaz yaradıcılığına həsr olunan konsertlər müntəzəm təşkil edilir. Bununla yanaşı, çağdaş mədəniyyətimizi yaşadan Xalq artistlərinin və tanınmış sənət xadimlərinin yaradıcılıq gecələrinin keçirilməsi də xüsusi diqqətdə saxlanılır", – deyə nazir müavini vurğulayıb.

B
Qeyd edilməyib