Bakıda yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və xəsarət alanlar var.
Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, oktyabrın 7-si saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb.
Belə ki, "Mercedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


