Bakıda fəaliyyət göstərən 23 ümumtəhsil müəssisəsinə yeni direktor təyin olunub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) müvafiq əmr imzalanıb.
Əmrə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 23 ümumtəhsil müəssisəsinin rəhbərliyi dəyişib.
Qeyd edək ki, MÜTDA-nın müvafiq əmrinə əsasən, 2026-2027-ci tədris ili ərzində paytaxt üzrə ümumilikdə 27 ümumtəhsil müəssisəsinə direktor təyin edilib.



