Hadisə

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

ABŞ-nin "German Marşal Fondu"nun məsləhətçisi Mehriban Rəhimlinin məhkəmə araşdırması başa çatıb.

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

M.Rəhimli Baş Prokurorluğun qeyri-hökumət təşkilatları ilə bağlı apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunur.

Məhkəmə Mehriban Rəhimlini verilmiş ittihamlarda təqsirli bilib. Ona həbs deyil, 4 il sınaq müddəti seçilməklə, 7 il 6 ay şərti cəza verilib.

Xatırladaq ki, bundan əvvəl başqa bir neçə tanınmış şəxs də QHT işi çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib.