Sosial

Sveta Əsədova vəfat etdi

Sveta Əsədova vəfat etdi

Naxçıvanın rus və Azərbaycan dillərində ilk qadın televiziya aparıcısı, tanınmış rus dili müəllimi Sveta Əsədova vəfat edib.

Demokrat.az xəbər verir ki, Sveta Əsədova uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, eyni zamanda televiziya aparıcısı kimi fəaliyyət göstərib.

O, uzun illər hakim və prokuror işləmiş Əsəd Əsədovun qızı olub.

Mərhumun vəfatı Naxçıvan ictimaiyyətində dərin kədər doğurub.

Allah rəhmət eləsin! (Musavat.com)

Sveta Əsədova vəfat etdi

NE
Nihadə Eyyubova