Özəl

Keçiddə dava düşdü — 50 yaşlı kişi tanışını yumruqladı

Keçiddə dava düşdü — 50 yaşlı kişi tanışını yumruqladı

Bakının Nəsimi rayonunda 50 yaşlı kişi tanışına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Şamil Əzizbəyov 177 ünvanının keçid hissəsində baş verib.

Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Akif həmin yerdə tanışı Eldarla (adlar şərtidir – red.) mübahisə edib.

Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı 50 yaşlı kişi Eldarın sifət nahiyəsinə qəsdən yumruqla zərbə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

R
Redaktor