Şou-biznes

Dua Lipa və Şakira eyni səhnədə – Aralarındakı boy fərqi diqqət çəkdi (VİDEO)

Dua Lipa və Şakira eyni səhnədə – Aralarındakı boy fərqi diqqət çəkdi (VİDEO)

Dünyaca məşhur müğənnilər Dua Lipa və Şakira Parisdə keçirilən konsertdə eyni səhnəni bölüşüblər.

Demokrat.az xəbər verir ki, Şakiranın konsertinə qonaq kimi qatılan Dua Lipa məşhur müğənni ilə birlikdə səhnəyə çıxıb. İki ulduzun birgə çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Onların səhnədə yan-yana görüntüləri isə başqa bir detalı ilə də diqqət çəkib. Müğənnilər arasındakı boy fərqi nəzərəçarpacaq dərəcədə olub.

Məlumata görə, alban əsilli Dua Lipanın boyu 1,74 metr, Şakiranın boyu isə 1,57 metrdir. Beləliklə, iki sənətçi arasında təxminən 17 santimetr boy fərqi var.

Jalə