Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi"inin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.
Demokrat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azərpambıq ASK"nın Baş direktoru Fəxri Mehdiyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, jurnalist Leyla Sərabi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, L.Sərabi ötən ilin dekabrından yeni təyinatadək AİH-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edib. O, daha əvvəl Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Daha əvvəllər isə Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində işləyib. O, eyni zamanda bir sıra mətbu orqanlarında və televiziyalarında fəaliyyət göstərib.


