Şou-biznes

Yeni serialı bəlli oldu

Yeni serialı bəlli oldu

"Kızılcık Şerbeti" serialında dörd mövsüm ərzində Çimen obrazını canlandıran Selin Türkmen yeni layihəsində tamamilə fərqli obrazla tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Demokrat.az xəbər verir ki, gənc aktrisanın Exxen platformasında yayımlanacaq "Karma" serialının ikinci mövsümündən yayımlanan qısa tanıtım videosu diqqət çəkib. Videoda Selin Türkmenin direk rəqsi performansı ilk dəfə nümayiş olunub.

Aktrisanı "Kızılcık Şerbeti"ndəki ağırbaşlı Çimen obrazında görməyə alışan izləyicilər üçün onun yeni görünüşü olduqca fərqli təsir bağışlayıb.

Selin Türkmen karyerasına "Sen Çal Kapımı" serialı ilə başlayıb. Onun əsas tanınması isə "Kızılcık Şerbeti" serialında Kıvılcımın kiçik qızı Çimen obrazını canlandırması ilə olub. Obrazın hekayə xəttində təsettürə keçməsi serialda geniş müzakirələrə səbəb olmuşdu.

Serialın 5-ci mövsümündə aktyor heyətində ciddi dəyişikliklər baş verib və Selin Türkmen də Feyza Civelek və Ceren Karakoç kimi serialı tərk edən aktyorlar arasında yer alıb. Çimen obrazını hazırda Asena Keskinci canlandırır.

Selin Türkmen isə yeni layihəsində tamamilə fərqli obrazla ekranlara qayıdır. Aktrisa "Karma" serialının ikinci mövsümündə Serkan Dağlının canlandırdığı Ozan obrazının partnyoru Cansu rolunu oynayır.

Yeni serialı bəlli oldu

Cansunun direk rəqqası olması səbəbilə Selin Türkmen çəkilişlərdən əvvəl həftələrlə xüsusi dərslər alıb. Aktrisanın avqust ayında sosial media hesabında paylaşdığı və "3-cü dərs" qeydini yazdığı video da diqqət çəkmişdi.

"Karma" iki yaxın dostun eyni evdə yaşamasından bəhs edən komediya serialıdır. Serialın hər bölümündə evə gələn fərqli qonaqlar hadisələrin gedişatına təsir edir.

Ömər Baykulun rejissoru olduğu layihənin ikinci mövsümü 8 bölümdən ibarətdir. Yeni mövsümdə Murat Dalkılıç və Gonca Vuslateri də daxil olmaqla bir sıra tanınmış simaların qonaq qismində yer alacağı bildirilir.

"Karma"nın ikinci mövsümünün ilk ümumi tanıtımı və afişası sentyabrın sonunda yayımlanıb. Lakin yeni mövsümün dəqiq yayım tarixi ilə bağlı Exxen tərəfindən hələlik rəsmi açıqlama verilməyib.