Maraqlı

Evdə sarımsaq və dəfnə yarpağını bankaya qoyurlar – Səbəbi təəccübləndirir

Evdə sarımsaq və dəfnə yarpağını bankaya qoyurlar – Səbəbi təəccübləndirir

Evdə sarımsaq və dəfnə yarpağını bankaya qoyurlar – Səbəbi təəccübləndirir

Bəzi insanlar evdə mənfi enerjidən uzaqlaşmaq və daha sakit mühit yaratmaq məqsədilə sarımsaq və dəfnə yarpağından istifadə edirlər.

Demokrat.az xəbər verir ki, bu üsul qədim inanclara əsaslanır. Sarımsaq tarixən qoruyucu talisman kimi qəbul edilib, dəfnə yarpağı isə evin mənfi enerjidən təmizlənməsi ilə əlaqələndirilib.

Bu üsulu sınamaq üçün 7 diş sarımsaq və 7 dəfnə yarpağı bir şüşə bankaya qoyulur. Daha sonra üzərinə mineral su əlavə edilir, bankanın qapağı möhkəm bağlanır və evin sakit bir küncündə bir neçə gün saxlanılır.

Mənbədə iddia olunur ki, bir neçə gündən sonra sarımsaq və dəfnə yarpağı olan suyun evdəki "mənfi vibrasiyaları" özünə çəkdiyinə inanılır. Bunun nəticəsində insanın özünü daha sakit hiss edə və evdə daha rahat atmosfer yarana biləcəyi qeyd edilir.

Sarımsaq qədim dövrlərdən müxtəlif mədəniyyətlərdə qoruyucu vasitə kimi istifadə olunub. Dəfnə yarpağı isə ənənəvi olaraq sakitləşdirici, antibakterial və göbələkəleyhinə xüsusiyyətlərlə əlaqələndirilir. Qədim Romada dəfnə yarpağının yandırılmasının evi təmizlədiyinə inanılırdı.

Qeyd edək ki, bankaya sarımsaq və dəfnə yarpağı qoyaraq mənfi enerjini aradan qaldırmaq elmi cəhətdən təsdiqlənmiş üsul deyil. Bu yanaşma daha çox xalq inancları və ənənələrə əsaslanır.

Jalə