Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçısı olmuş şəhid Zamin Abbasovun anası Sevda xanım sosial şəbəkələrdə təhqir olunması ilə bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova və aidiyyəti qurumlara müraciət edib.
Şəhid anası bildirib ki, bir neçə gün əvvəl şəhid anaları ilə birlikdə bir tədbirdə iştirak etdikdən sonra, Sevinc Hüseynova adlı bloger sosial şəbəkələrdə onları hədəf alaraq təhqiramiz ifadələr işlədib.
Şəhid anasının sözlərinə görə, qarşılıqlı yazışmalar zamanı həmin şəxs ona qarşı təhqir və təhdid dolu mesajlar ünvanlayıb.
Göz yaşları içində oğlunun xatirəsini və hərbi geyimini, əşyalarını göstərən şəhid anası, ona qarşı işlədilən bu ifadələri və təhqirləri heç vaxt bağışlamayacağını vurğulayıb.
Müraciətinin sonunda Sevda xanım Daxili İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına səslənərək, şəhid analarının təhqir olunmasının qarşısının alınmasını və məsələ ilə bağlı hüquqi çərçivədə lazımi tədbirlərin görülməsini xahiş edib.
Kənan


