Elə insanlar var ki, onlarla söhbətdən sonra insan özünü tükənmiş hiss edir. Onlar tez-tez həyatdan şikayətlənir və sanki sözün əsl mənasında insanın enerjisini alırlar. Belə "enerji vampirləri"ndən dərhal uzaqlaşmaq çətin ola bilər.
Demokrat.az xəbər verir ki, "Elle.hu" nəşrinin yazdığına görə, yaxın günlərdə iki bürcün nümayəndəsi bu baxımdan bəxti gətirəcək.
Əqrəb
Bu bürcün nümayəndələri başqalarının çoxdan bezdiyi vəziyyətlərə uzun müddət dözə bilirlər. Onlar diqqətlə dinləyir, hər şeyi ölçüb-biçir və çox vaxt ikinci şans verirlər. Lakin indi bunun sonsuza qədər davam edə bilməyəcəyini anlayacaqlar.
Əgər ətrafınızda sizdən həddindən artıq enerji alan, daim mənfi hisslərini sizin üzərinizə tökən və ümumiyyətlə sizin həyatınızla maraqlanmayan biri varsa, hərəkətə keçməyin vaxtıdır.
Özünüzü qoruduğunuz üçün günahkarlıq hiss etməyə ehtiyac yoxdur. "Enerji vampiri"ni həyatınızdan uzaqlaşdırmaq demək olar ki, dərhal rahatlıq gətirə və tamamilə doğru qərar ola bilər.
Dolça
Əgər kimsə Dolçaların daim diqqətini tələb edirsə, onlar buna uzun müddət dözməyəcəklər.
Bu bürcün nümayəndələri üçün azadlıq çox önəmlidir. Siz heç kimə necə yaşamalı olduğunu demək istəmirsiniz, lakin bəzən bunu özünüzün xeyrinə etmək lazım gəlir.
Ətrafınızdakı bəzi "enerji vampirləri" artıq sizin üçün əvvəlki qədər əhəmiyyətli olmayacaq. Üstəlik, nəhayət onların mesajlarına və zənglərinə daha az cavab verəcək, görüşmək təkliflərindən imtina edəcəksiniz.
Bu isə həyatınızı dəyişdirəcək, zehninizi başqalarının problemlərindən azad edəcək və sizə daha çox rahatlıq gətirəcək.
Jalə


