Türkiyənin MKE (Kimya maşınqayırma sənayesi) və Azərbaycanın MİRAS müdafiə sənayesi şirkətləri yeni ortaq layihəyə start verib
Demokrat.az xəbər verir ki, iki şirkət birgə Azərbaycan Silahlı Qüvvələrinin balansında olan keçmiş SSRİ istehsalı BMP 1 zirehli döyüş maşınlarını əsaslı modernizə edəcəklər.
Xatırladırıq ki, bu maşınların gövdəsi yüksək keyfiyyətli poladdan olsa da, daxili silah sistemi, həmçinin erqonomikası və motoru müasir standartlara cavab vermir.
Modernizasiya çərçivəsində BMP 1 maşınları tam olaraq müasir standartlara uyğunlaşdırılacaq.
Alparslan


