Özəl

Oktyabrda bunları etməyin — Astroloqdan açıqlama

Oktyabrda bunları etməyin — Astroloqdan açıqlama

"Oktyabr ayı bir qədər gərgin aylardan biridir. Çünki oktyabr ayında bizi iki böyük retro gözləyir. İki çox önəmli planetin retrosu baş verəcək və hər ikisi Əqrəb bürcündə olacaq".

Bu sözləri Demokrat.az-a açıqlamasında astroloq Aytən Salami deyib.

Onun sözlərinə görə, oktyabrın 3-də Əqrəb bürcündə Venera planetinin retrosu başlayır:

Oktyabrda bunları etməyin — Astroloqdan açıqlama

"Venera münasibətlər və maddiyyatla bağlantılı planet olduğu üçün ümumilikdə bu dönəmlərdə, yəni oktyabr ayında maddi və münasibətlərlə bağlı mövzulara diqqət etmək lazımdır. Çünki münasibətlərdə və maddiyyatda böhranlar, problemlərlə üzləşmək ehtimalı yüksəkdir. Eyni zamanda, estetik baxım və yaxud gözəlliklə bağlı hər hansı bir prosedur etmək məsləhətli deyil".

Aytən Salami qeyd edib ki, bununla yanaşı, oktyabrın 10-da Tərəzi bürcündə yeni ay baş verəcək. Oktyabrın 26-da isə Buğa bürcündə dolunay olacaq:

"Ümumilikdə, oktyabr ayı dəyişkən, dönüşümlü və çətin enerjilərin olduğu bir aydır. Bu, bütün insanlara şamil olunur. Maddi mövzulara diqqət etmək, bədxərclik etməmək lazımdır. Hər hansı bir estetik prosedur həyata keçirmək məsləhətli deyil. Eyni zamanda, məsələn, zəruri deyilsə və əvvəldən planlaşdırılmayıbsa, hər hansı toy, nişan və bu kimi mərasimlərin keçirilməsi də məsləhətli deyil. Bundan əlavə, Merkuri retrosu olduğu üçün daha çox sənəd işlərinə, imzalanmalı sənədlərə, danışıqlara, sözləşmələrə və mesajlaşmalara diqqət etmək lazımdır. Daha çox keçmişə yönəlmək, keçmişdən yarımçıq qalmış mövzuları gözdən keçirmək və onları tamamlayıb bitirmək daha məsləhətlidir".

FH
Fidan Hacızadə
Müxbir