Türkiyə və Azərbaycan HHQ-nin qırıcıları "Birliyin Gücü-2026" təlimində hədəfləri yüksək dəqiqliklə vurublar.
Azərbaycan, Özbəkistan və Türkiyə ordu birliklərinin Azərbaycanın müxtəlif bölgələrindəki poliqonlarında təlimləri davam edir.
Demokrat.az xəbər verir ki, Türkiyə HHQ-nin F-16 və Azərbaycan HHQ-nin SU-25 qırıcıları təlim çərçivəsində şərti hədəfləri gerçək aviabomba və raketlərlə yüksək dəqiqliklə məhv ediblər.
Bu barədə hər iki ölkənin müdafiə nazirlikləri məlumat verib.
Alparslan


