Xocavənd rayonunda "Birliyin Gücü – 2026" birgə hərbi təlimi keçirilir.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov brifinqdə bildirib ki, bu, Azərbaycanda azad edilmiş ərazilərdə keçirilən ilk belə genişmiqyaslı hərbi təlimdir.
Onun sözlərinə görə, təlimdə hibrid müharibələrin xüsusiyyətləri nümayiş etdirilir. Təlimə Azərbaycanla yanaşı, Türkiyə və Özbəkistanın hərbi qulluqçuları da cəlb olunub.
İran, Slovakiya, Qırğızıstan, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri isə müşahidəçi qismində iştirak edir.
Anar Eyvazov qeyd edib ki, təlimdə 3579 nəfər şəxsi heyət, 135 pilotsuz vasitə, 76 zirehli texnika, 94 artilleriya sistemi, 27 aviasiya vasitəsi, 34 REM/REK/RL sistemi, 18 hava hücumundan müdafiə vasitəsi, 8 dəst mühəndis texnikası və 25 dəniz vasitəsi iştirak edir. (apa)


