İdman

Məşhur jurnalist Türkiyə futboluna rəhbərlik etmək istəyir

Məşhur jurnalist Türkiyə futboluna rəhbərlik etmək istəyir

Türkiyənin idman yazarı Uğur Meleke Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyinə namizədliyini bir daha açıqlayıb.

Demokrat.az xəbər verir ki, Meleke bu barədə "Hürriyet"dəki köşə yazısında bildirib.

O, prezident seçiləcəyi təqdirdə TFF-də idarəetmə sistemini dəyişəcəyini, "mafyatik jarqona" və "kostyumlu xuliqanlığa" son qoyacağını, sədaqət meyarının yerinə ləyaqəti gətirəcəyini deyib.

Meleke yeni manifestində TFF İdarə Heyətində keçmiş futbolçu, məşqçi və hakimlərin daha geniş təmsil olunmasını, MHK modelinin dəyişdirilməsini, VAR otağının və yayım prosesinin şəffaflaşdırılmasını təklif edib.

O, həmçinin stadion standartlarının yüksəldilməsi, yayım gəlirlərinin bölgüsünün yenilənməsi, liqa təqviminin dəyişdirilməsi, matç heyətlərinin 23 futbolçuya çatdırılması və legioner limitinin ləğv edilməsini təklif edib.

Meleke TFF-nin əməkdaşlarının sayının azaldılmasını, vəsaitlərin daha çox altyapıya yönəldilməsini və prezident seçiləcəyi halda dörd ildən sonra vəzifədən ayrılacağını da bildirib.

Jalə