Bakıda velosiped oğurlamaqda təqsirləndirilən D.E.-yə hökm oxunub.
1985-ci il təvəllüdlü D.E. Nəsimi rayonunda yaşayış binasının blokunda saxlanılan "Goose" markalı velosipedi oğurlayaraq 40 manata satıb.
Məhkəmədə təqsirini etiraf edən D.E. peşman olduğunu bildirib. Velosiped zərərçəkmişə qaytarılıb və tərəflər barışıblar.
Məhkəmə onun əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilməsini nəzərə alaraq xüsusilə təhlükəli residiv müəyyən edib.
D.E. 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Tutulduğu 1 gün cəza müddətindən çıxılıb və üzərində 2 il 2 ay 29 gün cəza saxlanılıb.
O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. (Qaynarinfo)


