Özəl

Rusiyanın Tu-95 bombardmançısı qəzaya uğrayıb: 6 hərbçi ölüb

Rusiyanın Tu-95 bombardmançısı qəzaya uğrayıb: 6 hərbçi ölüb

Rusiyanın strateji Tu-95 bombardmançı təyyarəsi Amur vilayətində təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə sentyabrın 29-da Krasnoyanovo kəndi yaxınlığında baş verib.

Qəza nəticəsində təyyarənin 6 ekipaj üzvü həlak olub, daha bir hərbçi isə yaralanıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə zamanı təyyarənin göyərtəsində döyüş sursatı olmayıb.

Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin "Ukrainka" aviabazasına aid olduğu bildirilir.

İlkin məlumatlarda qəzanın təyyarədə yanacağın partlaması ilə bağlı ola biləcəyi qeyd olunub. Hadisə yerində yanğın baş verib.

Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.