Şou-biznes Özəl

Sarışın görünüşü gündəm oldu: Həqiqət üzə çıxdı — FOTO

Sarışın görünüşü gündəm oldu: Həqiqət üzə çıxdı — FOTO

Türkiyəli məşhur aktrisa Hande Erçelin yeni görünüşü sosial mediada böyük marağa səbəb olub.

Demokrat.az xəbər verir ki, 32 yaşlı aktrisa yeni marka çəkilişi üçün platin sarı saçlarla kamera qarşısına keçib. Erçelin fərqli imici qısa müddətdə sosial şəbəkələrdə yayılıb və izləyiciləri onun saçlarını həqiqətən dəyişib-dəyişmədiyini müzakirə etməyə başlayıblar. Lakin sonradan sarı saçların gerçək olmadığı məlum olub.

Bildirilib ki, aktrisa çəkiliş zamanı xüsusi hazırlanmış platin sarı parikdən istifadə edib. Hande Erçel sözügedən görünüşlə marka siması olduğu şirkətin yeni kolleksiyasının təqdimatı üçün çəkilişə qatılıb. Onun fərqli saç stili izləyicilər tərəfindən müxtəlif rəylərlə qarşılanıb.

Aktrisa daha əvvəl verdiyi müsahibələrdən birində məşhurluğun şəxsi həyatına təsirindən danışaraq, gündəlik həyatda Hande ilə “Hande Erçel” obrazı arasında bəzən fərq qoymaqda çətinlik çəkdiyini bildirmişdi.

Sarışın görünüşü gündəm oldu: Həqiqət üzə çıxdı — FOTO

Jalə Demokrat.az

D
demokrat.az