İqtisadiyyat Özəl

Dünyada dollar və neft bazarını qarışdıracaq vəziyyət yarana bilər — Açıqlama

Dünyada dollar və neft bazarını qarışdıracaq vəziyyət yarana bilər — Açıqlama

ABŞ-də avqust inflyasiyasının gözləniləndən yüksək olması fonunda Federal Ehtiyat Sisteminin sentyabrın 15–16-da keçiriləcək iclasında faiz dərəcəsini 0,25 faiz bəndi artıracağı ilə bağlı gözləntilər kəskin yüksəlib.

FED-in faizləri yenidən artırması qlobal iqtisadiyyata, xüsusilə dollara, neftə və inkişaf etməkdə olan ölkələrin valyutalarına necə təsir göstərə bilər?

Demokrat.az-a açıqlamasında iqtisadçı Razi Abbasbəyli bildirib ki, FED-in faizləri artıracağı təqdirdə neftin qiymətinin ucuzlaşması ehtimalı artır.

Dünyada dollar və neft bazarını qarışdıracaq vəziyyət yarana bilər — Açıqlama

Onun sözlərinə görə, neftin barel üzrə qiyməti dollarla ölçülür:

“Dolların bahalaşması ABŞ iqtisadiyyatında istiqrazlara qoyulan investisiyaların artmasına səbəb olur. Digər tərəfdən, digər ölkələrin valyutalarına təzyiq artmağa başlayır.

Xüsusilə də regionda Gürcüstan və Türkiyə kimi dövlətlərdə milli valyutaların dəyər itirməsinin şahidi ola bilərik.

Bu, Azərbaycan üçün keçərli deyil. Çünki Azərbaycanın neft gəlirləri hesabına formalaşan valyuta ehtiyatları və Mərkəzi Bankın sabit məzənnə siyasəti hər hansı ciddi risk və təzyiqlərin yaranmasına imkan vermir.

Bundan başqa, dolların bahalaşması dünya iqtisadiyyatında bir sıra sahələrdə, xüsusilə də ərzaq və yüngül sənayedə qiymətlərin bahalaşmasına səbəb olan meylləri sürətləndirə bilər.

Yəni bütün hallarda dolların dəyərinin artması ABŞ üçün gəlirli və əlverişli görünsə də, digər dövlətlərin valyutalarına təzyiqi, əlbəttə ki, artıracaq”, – deyə Razi Abbasbəyli bildirib.

Nuray Paşşanlı

D
demokrat.az