Kriminal Özəl

Oğlunun gözü qarşısında təpiklənən ana məhkəmədə ərini bağışladı

Oğlunun gözü qarşısında təpiklənən ana məhkəmədə ərini bağışladı

Bakının Xəzər rayonunda 45 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsində baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Sübhan keçmiş arvadı Saranın (adlar şərtidir – red.) həmin küçədə yerləşən yaşadığı fərdi yaşayış evinə gəlib. O, 2020-ci il təvəllüdlü övladı Sənanı özü ilə aparmaq istəyən zaman arvadı ilə mübahisəsi yaranıb.

Aralarında yaranmış mübahisə zamanı evin daxilində 45 yaşlı kişi keçmiş arvadını söyüb, əli ilə boğazından tutaraq divara çırpıb və yerə yıxdıqdan sonra təpiklə qarın nahiyəsinə qəsdən vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Sübhanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli

D
demokrat.az