Xalq artisti Faiq Ağayev 1991-ci ildənictimai nəqliyyatdan istifadə etmədiyini açıqlayıb.
Demokrat.azxəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçisonuncu dəfə marşrut taksisindən istifadə etdiyi günü və həmin vaxtdan sonra ictimai nəqliyyata minməməsinin səbəbindən danışıb:
"1990-cı ildən 1991-ci ilə keçid, Yeni il gecəsi... Mən Azərbaycan Televiziyasında Xalq artisti Eldar Mansurovunmənim üçün yazdığı “Ola bilməz” mahnısını oxumağa çıxmışdım.
Yeni il bayramındansonra ayın 3-də dərsə getməyə başladım. 177 nömrəlimarşrut taksisi ilə evdənindiki “Cəfər Cabbarlı” metrosuna, oradan da piyada İncəsənət Universitetinə gedirdim. Bu, mənim sonuncu dəfə ictimai nəqliyyata mindiyim gün oldu. Ondan sonra heç vaxt ictimai nəqliyyatdan istifadə etməmişəm. Ən böyük arzularımdan biri bundan sonra metroya qayıtmaqdır. 1991-ci ildən bu yana metroda olmamışam.
O vaxt nə fotoaparat var idi, nə də mobil telefon. Həmin gün hamı məndən imza almağa başladı, hamı məni tanıdı. Allah can sağlığı versin, Azərbaycan televiziya sənətinin bir magikanıvar — Nazim Məlik Zeynalov. Sovet zamanında bütün Yeni il gecələrini o çəkirdi. Oməni elə bir zamana salmışdı ki, Yeni il gecəsində hamı baxdı və səhər mən oyandım ki, bütün Azərbaycanda məşhuram".
Demokrat.az


